"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ilk matçına çıxacaq.
NUHÇIXAN xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq.
Bazel şəhərindəki "St. Yakob Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
UEFA Gənclər Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 oktyabr
21:00. "Bazel" (İsveçrə) - "Sabah"
Baş hakim: Patrik Kolariç (Xorvatiya).
Qeyd edək ki, komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.