Dünya birinciliyi: Azərbaycanın üç bokçusu qələbə ilə başlayıb

A- A A+

Azərbaycanın üç bokçusu Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından (ABF) NUHÇIXAN-a verilən məlumata görə, mundialın ilk günündə millinin 3 idmançısı mərhələ adlayıb.

Qızbəs İsgəndərli (60 kiloqram) 1/16 final mərhələsi çərçivəsində Ayda Kopse (Sloveniya) ilə qarşılaşmalı olsa da, rəqib döyüşə çıxmayıb və boksçumuz qalib elan edilib. O, 1/8 finalda ilk mərhələdən azad olan tunisli Molka Xalifi ilə döyüşəcək.

63,5 kiloqram çəkidə Əli Abdullayev də debütdə qələbə qazanıb. Boksçumuz Skender Laladan (Albaniya) üstün olub – 4:1 (29:27, 29:27, 29:27, 29:27, 27:29). Abdullayev 1/16 finalda rusiyalı Malik Suqaypovla üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kiloqram) də 1/32 final görüşünü xeyrinə bitirib. O, Montassar Ben Zidi (Tunis) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü ikinci qarşılaşmasını Giorgi Natroşviliyə (Gürcüstan) qarşı keçirəcək.

Qeyd edək ki, dünya birinciliyi noyabrın 3-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: