Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlərin adlarını açıqlayıb.
NUHÇIXAN IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 15 oyunçu yer alıb.
Bunlar İngiltərənin "Mançester Siti" klubundan Kevin De Bruyne, İlkay Gündoğan, "Mançester Yunayted"dən Brunu Fernandeş, "Arsenal"dan Martin Edeqor, "Vest Hem"dən Məhəmməd Kudus, İtaliyanın "İnter" komandasından Hakan Çalhanoğlu, "Milan"dan Yunus Musah, İspaniyanın "Real" kollektivindən Cud Bellinqem, karyerasını başa vurmuş Toni Kroos, "Barselona"dan Dani Olmo (əvvəlki klubu "Leyptsiq), "Rayo Valyekano”dan Xames Rodriqes (əvvəlki klubu "San Paulu") Almaniya təmsilçisi "Bavariya"dan Camal Musiala, "Bayer 04"dən Florian Virts, ABŞ-nin "İnter Mayami" klubundan Lionel Messi və Fransa çempionu PSJ-dən Li Kan İndir.
Qeyd edək ki, 2023-cü ildə bu mükafata Kevin De Bruyne layiq görülüb.