Rusiyalı boksçu İdris Abduraşidov döyüş zamanı rəqibinə təpik zərbəsi endirdiyinə görə ömürlük diskvalifikasiya oluna bilər.
NUHÇIXAN xəbər verir ki, iranlı Baqer Fərəci ilə qarşılaşmanın 4-cü raundunda zəif təsir bağışlayan dəri əlcək ustası əsəbiləşərək rəqibinin başına təpiklə vurub.
B.Fərəci zərbənin təsirindən huşunu itirərək yerə yıxılıb. Hakimlər döyüşdə qələbəni iranlı boksçuya veriblər.
Bu hərəkət Abduraşidovun idmandan ömürlük uzaqlaşdırılması ilə nəticələnə bilər.