Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində ilk oyununa çıxacaq.
NUHÇIXAN xəbər verir ki, yığma Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”da Portuqaliya seçməsi ilə qarşılaşacaq. Görüş 16:00-da start götürəcək.
Matçı almaniyalı Fabyenn Mişel idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı 4 gün sonra Braqa şəhərində keçiriləcək. Cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununun üstün tərəfi ilə üz-üzə gələcək.