Azərbaycan Gimnastika Federasiyasının (AGF) texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının Qətərin paytaxtı Dohada keçirilən 85-ci Hesabat-seçki Konqresində qurumun bədii gimnastika üzrə Texniki Komitəsinə yenidən üzv seçilib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 49 yaşlı beynəlxalq dərəcəli hakim daha əvvəl də Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsində yer alıb.