Fransanın paytaxtı Parisin evsahibliyi etdiyi “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
NUHÇIXAN-ın məlumatına görə, mükafata İspaniyanın "Barselona" komandasının 17 yaşlı üzvü Lamin Yamal layiq görülüb.
Qeyd edək ki, 2023-cü ildə bu mükafat İspaniya "Real"ın yarımmüdafiəçisi Cud Bellinqemə verilib.