“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı kişi və qadın klubları bəlli olub.
NUHÇIXAN xəbər verir ki, qadın futbolunda “Barselona” (İspaniya) mükafatın sahibi olub. Kişilərdə isə “Real Madrid” (İspaniya) bu ada layiq görülüb.
Xatırladaq ki, ötən mövsüm "Kral klubu" İspaniya çempionatının və UEFA Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, Fransanın paytaxtı Parisin evsahibliyi etdiyi “Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu da açıqlanıb.