Daha bir Azərbaycan boksçusu Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında qızıl medal qazanıb.
NUHÇIXAN-ın məlumatına görə, bu uğura 48 kq çəkidə mübarizə aparan Şahin Mustafayev imza atıb.
O, finalda ukraynalı boksçunu məğlub edib
Qeyd edək ki, Ş.Mustafayevdən öncə Əli Əliyev (46 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.