“Neftçi” italiyalı futbolçunu transfer edib

A- A A+

“Neftçi” futbol klubu transfer pəncərəsinin sonuncu günündə daha bir oyunçunu heyətinə qatıb.

NUHÇIXAN klubun rəsmi saytına istinadla xəbər verir ki, komanda italiyalı hücumçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. Otuz bir yaşlı forvard yeni komandasının heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Novara” olan Sansone İtaliyanın “Montorio”, “Peşina”, “Syena”, “Qallipoli”, “Lançano”, “Frosinone”, “Sassuolo”, “Torino”, “Sampdoriya”, “Bolonya” və “Bari” klubarında da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: