İngiltərə Premyer Liqası: “Çelsi” komandası “Haddersfild”ın qapısından beş cavabsız top keçirib

A- A A+

İngiltərə Premyer Liqasının 25-ci turunun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turun ən məhsuldar görüşü “Stenford Bric” stadionunda olub. “Haddersfild” komandası “Çelsi”nin qonağı olub. Görüş London təmsilçilərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. “Çelsi”nın yeni transferi Qonsalo Hiquayin (16, 69) bu görüşdə iki qolla yadda qalıb. Digər qolları isə Eden Hazard (45, 66) və David Luiz (86) vurub. Bu qələbədən sonra 50 xalla “Çelsi” dördüncü, “Haddersfild” isə 11 xalla sonuncu - 20-ci yerdə qərarlaşıb. Növbəti turda “Haddersfild” doğma meydanda “Arsenal”la, “Çelsi” isə səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.

Turun digər maraqlı görüşlərindən biri “Tottenhem” və “Nyukasl” komandaları aranda baş tutub. Uembli stadionunda keçirilən oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissədə daha fəal oynayan “Tottenhem” matçın 83-cü dəqiqəsində Son Xın Minin vurduğu yeganə qolla qələbə qazanıb – 1:0.

Hesabındakı xalların sayını 57-yə çatdıran “Tottenhem” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Nyukasl” isə 24 xalla 14-cü pillədə qərarlaşıb.

Turnir cədvəlinə 61 xalla “Liverpul” başçılıq edir. Turun digər oyunlarında növbəti hesablar qeydə alınıb:

“Brayton”-“Vatford” - 0:0;

“Börnli” – “Southempton” - 1:1;

“Kristal Palas” – “Fulhem” - 2:0;

“Everton” – “Volverhrmton” - 1:3;

“Kardiff Siti” – “Bormunt” - 2:0.

Turun mərkəzi oyunu fevralın 3-də keçiriləcək. “Mançester Siti” “Arsenal” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: