Azərbaycan Premyer Liqası: “Qarabağ”-“Neftçi” oyunu başlayıb

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunda keçirilən “Qarabağ”-“Neftçi” görüşünün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana hesabı açıb. İlk hissənin sonlarına yaxın isə Mboc dəqiq baş zərbəsi ilə hesabı bərabərləşdirib.

Qeyd edək ki, “Qarabağ”ın start heyətində Şahrudin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Rəşad Sadıqov (k), Donald Qerye, Dani Kintana, Riçard Almeyda, Filip Ozoviç, Abdullah Zubir və Bədavi Hüseynov yer alıblar.

“Neftçi” komandasının ilk onbirliyində isə meydana Səlahət Ağayev, Mamadu Mbodj, Anton Krivatsyuk, Emin Mahmudov (k), Baqali Dabo, Vanqelis Plattelas, Tural Axundov, Mirabdulla Abbasov, Kirilo Petrov, Ömər Buludov və Soni Mustivar çıxıblar.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı Rəvan Həmzəzadə idarə edir. Ona Knyaz Əmiraslanov və Vüqar Bayramov kömək edirlər. Matçın dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirir. Görüşün hakim-inspektoru Vüsal Əliyev, AFFA nümayəndəsi isə Rüfət Əmirovdur.

Qarşılaşma “CBC Sport” kanalında canlı yayımlanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: