Bu gün qadınlar arasında şahmat üzrə ölkə çempionatına start veriləcək

A- A A+

Fevralın 4-də qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı start götürəcək.

NUHÇIXAN xəbər verir ki, builki ölkə çempionatında 18 şahmatçı mübarizə aparacaq. Turnir cədvəlinin reytinq favoriti Günay Məmmədzadədir (2422). Yarışda G.Məmmədzadə ilə yanaşı, Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarova bacıları, Aydan Höcətova kimi güclü şahmatçılar da qalib adı uğrunda yarışacaqlar.

İsveçrə sistemi üzrə 9 turdan ibarət ölkə çempionatına fevralın 12-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: