Fransanın PSJ klubu İtaliya təmsilçisi "Napoli"nin və Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliyanı transfer etmək istəyir.
NUHÇIXAN "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paris təmsilçisinin baş məşqçisi Luis Enrike 23 yaşlı futbolçunu komandasında görməkdə israrlıdır.
İtaliya klubu futbolçunu heyətdə saxlamağa çalışsa da, hazırda müqavilə müddətinin uzadılmasında çətinliklər yaranıb. Çünki tərəflər təzminat məbləği ilə bağlı razılığa gələ bilmirlər.
Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsümdə bütün yarışlarda 14 oyun keçirib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.