Naxçıvanda Beynəlxalq Tələbə Gənclər Həftəsi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı hazırladığı tədbirlər planı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə “Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu” mövzusunda müzakirə, “Vətəni tanı!”, “Nə? Harada? Nə zaman?” intellektual oyunları, ekoloji təmizlik askiyası, stolüstü tennis və badminton birincilikləri təşkil olunub. 

Noyabrın 16-ı Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı yekun tədbir təşkil olunub, yarışmalarda yer tutan gənclər mükafatlandırılıblar. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov tələbə gəncləri əlamətdar dövrlə əlaqədar təbrik edib, iştirakçılara öz təəssüratlarını bölüşüb. Nazir müavini qeyd edib ki, gənclərin şəxsi inkişafı, əqli və fiziki sağlamlıqlarının gücləndirilməsi, vətənpərvər ruhda formalaşması, bir sözlə, hərtərəfli inkişafına nail olmaq üçün davamlı olaraq müxtəlif konseptə layihələr, tədbirlər həyata keçirilir. Kursantların, əcnəbi tələbələrin bu tədbirlərdə fəallıq göstərməsi, fərqlənməsi Naxçıvanın müasir gənclik mühitinə əlavə dəyər qatır, canlanmaya səbəb olur. Nazir müavini gələcək planlardan söz açıb, müxtəlif sahələrdə aktiv fəaliyyəti və uğurları ilə seçilən gənclərin il sonu mükafatlandırılacağını diqqətə çatdırıb. 

Tədbirə qonaq qismində dəvət olunan Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov da təbriklərə qoşulub, qəhrəman Vətən övladlarının gənc nəsilə miras buraxdığı vətənpərvərlik dəyərlərinin daim qorunacağına, qalib Azərbaycan gəncinin ölkəmizin bu günü və sabahı üçün daim irəlidə, maksimum səy və iradə ilə çalışacağına inamını ifadə edib.

Çıxışların ardınca Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar keçirilən yarışmalarda yer tutan komandalar və iştirakçılar diplom, fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar. Mükafatları nazir müavini Məcid Seyidov və polkovnik-leytenant Yaşar Hüseynov təqdim ediblər. 

Tədbir “Alabanda” qrupunun təqdimatında konsert proqramı ilə yekunlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: