“Real”ın 6 əsas futbolçusu zədələnib

A- A A+

İspaniyanın “Real” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacağı İngiltərə təmsilçisi “Liverpul”la matçdan öncə 6 əsas futbolçusu zədələnib.

NUHÇIXAN AS-a istinadən xəbər verir ki, Madrid klubunun üzvlərindən David Alaba, Dani Karvahal, Eder Militao, Orelyen Çuameni, Rodriqo və Lukas Vaskes hazırda zədədən əziyyət çəkirlər.

Belçikalı qapıçı Tibo Kurtua isə sağalaraq komandaya dönüb. Hazırda baş məşqçi Karlo Ançelottinin sərəncamında əsas komandadan cəmi 16 nəfər qalıb.

Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Komanda geridə qalan 4 turda “Ştutqart”ı (Almaniya) 3:1, “Borussiya”nı (Dortmund, Almaniya) 5:2 hesabı ilə məğlub edib. “Lill”ə (Fransa) 0:1, “Milan”a (İtaliya) isə 1:3 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: