UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün həlledici oyuna çıxacaq

A- A A+

Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının C Divizionunda sonuncu matçını keçirəcək.

NUHÇIXAN xəbər verir ki, I qrupda yer alan milli komanda səfərdə İsveçin qonağı olacaq. “Strouberri Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qarşılaşmanı polşalı Pavel Raçkovski idarə edəcək.

Azərbaycan milli komandası C Liqasında qalmaq şanslarını davam etdirmək üçün çətin səfər oyununda mütləq qələbə qazanmalıdır. Bu baş verərsə, yığmamız ən yaxşı qrup sonuncularından biri kimi D Liqasında öz qrupunu 2-ci pillədə tamamlayan komandalardan biri ilə gələn il pley-off matçları keçirəcək.

Qeyd edək ki, İsveç millisi 13 xalla qrup liderliyini təmin edib. Azərbaycan seçməsi isə 1 xalla sonuncu – 4-cü sırada qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: