Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Babək rayon bölməsi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tempo turniri başa çatıb.
NUHÇIXAN xəbər verir ki, turnirdə müəllim və dərəcəli şahmatçılar olmaqla, ümumilikdə, 42 zəka sahibi mübarizə aparıb.
Yarışın qalibi 6,5 xalla Sadiq Qarayev olub. Əli Əliyev 6 xalla ikinci, Ərturan İsmayılov 5,5 xalla üçüncü yerlə kifayətləniblər.