İtaliyanın "Yuventus" klubunun əsas hücumçusu Duşan Vlahoviç zədələnib.
NUHÇIXAN-ın məlumatına görə, hücumçu Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxıb.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı bəlli deyil.
Qeyd edək ki, Duşan Vlahoviç 2022-ci ildən Turin təmsilçisində çıxış edir. "Yuventus" noyabrın 23-də A Seriyasında "Milan"la üz-üzə gələcək.