"Real" "Barselona"nın yetirməsini heyətinə qatmaq istəyir

A- A A+

İspaniyanın "Real" klubu "Barselona"nın yetirməsi Oskar Mingesanı heyətinə cəlb etmək istəyir.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli "El Gol Digital" nəşri məlumat yayıb.

"Kral klubu" 25 yaşlı cinah müdafiəçisini zədəli olan Dani Karvahala əvəzləyici kimi görür.

Hazırda "Selta"da çıxış edən Oskar Mingesa cari mövsüm 12 oyunda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, oyunçu 2020-2022-ci ildə "Barselona"nın əsas komandasında çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: