UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib

A- A A+

UEFA Çempionlar Liqasının IV turunda qeydə alınan qayda pozuntularına görə Portuqaliyanın “Sportinq” və Almaniyanın “Ştutqart” klublarını cəzalandırıb.

NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Mançester Siti” komandası ilə matçda portuqaliyalı azarkeşlər tərəfindən fişənglərdən istifadə edildiyi üçün Lissabon təmsilçisi 25 min avro məbləğində cərimələnib. Eləcə də paytaxt klubunun növbəti avrokubok oyununda stadionun A14 sektoruna azarkeş buraxılmayacaq.

“Ştutqart” isə İtaliyanın “Atalanta” kollektivi ilə keçirdiyi oyunda ictimai dəhlizlər bağlandığı və icazə verilməyən bannerlərdən istifadə edildiyinə görə 77 min avro ziyana düşüb.

Qeyd edək ki, “Sportinq” “Mançester Siti”ni 4:1, “Atalanta” isə “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: