"Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq

A- A A+

"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

NUHÇIXAN xəbər verir ki, barədə "Report"a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, təcrübəli müdafiəçinin topuğundan zədələndiyini söyləyib.

Qeyd edək ki, Bədavi Hüseynov Azərbaycan yığmasının səfərdə İsveçə 0:6 hesabı ilə uduzduğu Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçında sıradan çıxıb. Onu 46-cı dəqiqədə Zamiq Əliyev əvəzləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: