Erlinq Holann 65 avro cəriməyə görə həbs oluna bilər

A- A A+

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann həbs oluna bilər.

NUHÇIXAN xarici mətbuata istinadən xəbər verir ki, norveçli hücumçu 65 avro cəriməyə görə azadlıqdan məhrum edilmə təhlükəsi ilə üz-üzədir.

24 yaşlı forvard ötən il İsveçrənin Vaadt kantonunda yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib. Bir ildir cəriməni ödəməyən futbolçu İsveçrəyə gedəcəyi halda, 1 günlük həbs olunacaq.

Qeyd edək ki, Erlinq Holann "Mançester Siti"də illik 20 milyon avro maaş alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: