Gənclər və İdman Nazirliyi Naxçıvan Şahmat Federasiyası ilə bağlı açıqlama yayıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Gənclər və İdman Nazirliyi Naxçıvan Şahmat Federasiyasının ləğvi ilə bağlı açıqlama yayıb. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada federasiyanın öz qərarı ilə ləğv edildiyi bildirilib: 

“Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə də daxil olub. Bildiririk ki, ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyası fəaliyyət göstərir. Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: