Bu gün UEFA Konfrans Liqasının əsas mərhələsində IV turun oyunlarına start veriləcək.
NUHÇIXAN xəbər verir ki, günün yeganə qarşılaşmasında Türkiyənin turnirdəki yeganə təmsilçisi “Başakşəhər” doğma meydanda Moldovanın "Petrokub" klubu ilə üz-üzə gələcək.
Başakşəhər Fatih Terim Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Matçı Kosovodan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasının əsas mərhələsinin V turuna dekabrın 12-də start veriləcək.