Ötən il ərzində fərqlənən basketbolçular mükafatlandırılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə federasiyanın sədri Mahir Əliyev bildirib ki, Naxçıvan şəhəri və bölgələrdə federasiyanın oğlanlardan ibarət 10, qızlardan ibarət 2 komandası var. Bu kollektivlərin tərkibində 200-dən artıq idmançı məşqlərə cəlb olunub. Onların basketbolla məşğul ola bilmələri üçün hər cür şərait mövcuddur. Federasiya bölmələrinə daim nəzarət olunur - məşqçi-müəllimlər və idmançıların təklif və fikirləri dinlənilir, çatışmazlıqların aradan qaldırılması üçün zəruri addımlar atılır, onlar lazımi məşq inventarları ilə təmin olunurlar.

Ötən il federasiya tərəfindən həyata keçirilən tədbirlər haqqında danışan Mahir Əliyev Gənclər  və  İdman  Nazirliyi  ilə  birgə  hazırlanmış tədbirlər  planına əsasən keçirilən yarışlar və idmançıların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə reallaşdırılan tədbirlərdən də danışıb.

Federasiya sədri çıxışının sonunda məşqçi və idmançılar adından yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov qeyd edib ki, Basketbol Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, istedadlı basketbolçuların məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. Həmçinin ölkə və beynəlxalq səviyyəli yarışların keçirilməsi, Azərbaycanın iştirak etdiyi beynəlxalq səviyyəli yarışlarda muxtar respublika idmançılarının iştirakına diqqət artırılmalıdır.

Azad Cabbarov vurğulayıb ki, nazirlik bundan sonra da Basketbol Federasiyası ilə birlikdə işini günün tələblərinə uyğun şəkildə quraraq basketbolun kütləvi hal alması üçün mütəmadi olaraq birgə çalışacaq.

Sonra Culfa komandasının məşqçisi Yasin İbrahimov 2018-ci ildə komandanın fəaliyyəti barədə məlumat verib.

Sonda federasiyanın ötən il ərzində fərqlənən idmançıları hədiyyələrlə mükafatlandırılıblar.  

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: