Azərbaycan çempionatında hakimləri təhqir edən futbolçular və baş məşqçi cəzalanıb

A- A A+

Azərbaycan çempionatında hakimləri təhqir edən futbolçular və baş məşqçi cəzalanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

U-17 Liqasında çıxış edən "Qəbələ"nin futbolçusu Rəvan Feyziyev "Səbail"lə matçın 89-cu dəqiqəsində ədalət təmsilçisini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb.

U-14 Liqasında "Caspian FA" komandasının üzvü Zeynal Zeynalov da eyni hərəkətə yol verib. O, Sumqayıtın "Məhəllə uşaqlar" kollektivi ilə görüşdə referini təhqir etdiyinə görə qırmızı görüb və 2 matçlıq cəzalandırılıb.

U-13 Liqasında isə EFA-nın baş məşqçisi Fərid Əlizadə "Qarabağ"la qarşılaşmada hakimi təhqir edib. Mütəxəssis növbəti 5 oyunda texniki zonada yer almayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: