“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika birinciliyi keçirilib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar müxtəlif yaş qruplarında 13 çəki dərəcəsində mübarizə aparıblar. 50-dən çox idmançının iştirak etdiyi birinciliyin keçirilməsində məqsəd həm də ölkə çempionatına yollanacaq Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.
Sonda qalib idmançılar diplomlarla mükafatlandırılıblar.