Mbappe "Atletik"lə matçda penaltini qaçırmasına münasibət bildirib

A- A A+

İspaniya La Liqasının XIX turunda "Atletik"ə məğlub olan (1:2) "Real"ın futbolçusu Kilian Mbappe oyun zamanı penaltini qaçırmasına münasibət bildirib.

NUHÇIXAN xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu oyundan sonra mətbuata açıqlamasında böyük səhvə yol verdiyini deyib.

25 yaşlı hücumçu özünü sübut etməyin vaxtının çatdığını söyləyib:

“Pis nəticə oldu. Hər detalın əhəmiyyət daşıdığı matçda böyük səhv etdim. Mən məsuliyyəti tam olaraq öz üzərimə götürürəm. Çətin məqamdır, lakin bu vəziyyəti dəyişmək və bir futbolçu kimi özümü sübut etməyin vaxtıdır”.

Qeyd edək ki, K.Mbappe "Atletik"lə matçın 68-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: