İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
NUHÇIXAN yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mükafata 8 oyunçu iddia edir.
Bunlar "Mançester Yunayted"dən Brunu Fernandeş (2 qol, 1 məhsuldar ötürmə), "Liverpul"dan Rayan Qravenberx (2 qol, 1 məhsuldar ötürmə) ilə Məhəmməd Salah (4 qol, 1 məhsuldar ötürmə), "Arsenal"dan Bukayo Saka (2 qol, 3 məhsuldar ötürmə), Martin Edeqor (1 qol, 2 məhsuldar ötürmə), "Brayton"dan Juan Pedro (2 qol, 2 məhsuldar ötürmə), "Vulverhempton"dan Mateus Kunya (3 qol, 1 məhsuldar ötürmə) və "Brentford"dan Yoan Vissadır (3 qol).
Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
Qeyd edək ki, "Nottinqem Forest"in hücumçusu Kris Vud oktyabrın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.