Azərbaycan millisinin rəqibi ilkin heyətini açıqlayıb

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilə Qızıl Avropa Liqasının “A” qrupunda mübarizə aparacaq Portuqaliya yığmasının ilkin heyəti açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Manuel Almeyda ilkin heyətdə Beatriş Baştu, Ana Foneşka, Daniela Lureyru, Joana Resende, Ana Koutu, Eliana Durau, Mariana Lopeş, Vanessa Rodriqeş, Eduarda Duarte, Nuria Lopeş da Silva, Karina Moura, Neuşa Netu, Alin Rodriqeş, Juliana Antuneş, Barbara Qomeş, Fabiola Qomeş, Ana Quveya, Marta Hurst, Yuliya Kovalenko, Patrisiya Leal, Maria Lopeş, Maria Mayyu və Ana Valeyə yer verib.

Turnirin “A” qrupunda Azərbaycan və Portuqaliya yığmalarından başqa, Ukrayna və Bolqarıstan milliləri də mübarizə aparacaq.

Qeyd edək ki, qrup qalibləri, həmçinin ən yaxşı ikinci yerin sahibi iyunun 14-15-də “Dördlər finalı”nda mübarizəni davam etdirəcək. “B” qrupunda Xorvatiya, Finlandiya, Macarıstan, Fransa, “C” qrupunda isə Slovakiya, Belarus, İspaniya və Çexiya milliləri yarışacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: