“Kim? Nə? Hara?” intellektual oyununun qalibləri müəyyənləşib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, “Kim? Nə? Hara?” intellektual oyunu yekunlaşıb. Oyunun qalibi Şahbuz rayon Kükü kənd tam orta məktəbinin şagirdi Günel Vəliyeva olub. İkinci yerin qalibi Siyavuş Bağırov, üçüncü yerin qalibi isə Eltun Məmmədov olublar. Qaliblərə diplomları Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli təqdim ediblər.