"Barselona"nın baş məşqçisi 2 oyunluq cəzalandırılıb

A- A A+

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki 2 oyunluq cəzalandırıb.

NUHÇIXAN xəbər verir ki, buna mütəxəssisin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəb olub.

Almaniyalı çalışdırıcı qarşıdakı iki turda komandasının görüşlərini tribunadan izləyəcək. Kataloniyalılar qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, "Barselona" qarşıdakı iki turda "Leqanes" və "Atletiko" (Madrid) ilə üz-üzə gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: