UEFA İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşib

A- A A+

UEFA İcraiyyə Komitəsinin yeni üzvləri müəyyənləşib.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, seçki qurumun Romada keçirilən 43-cü Konqresində baş tutub.

Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko, Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker, Macarıstan Futbol Federasiyasının rəhbəri Şandor Çanyi, Albaniya Futbol Assosiasiyasının prezidenti Armand Duka, Danimarka Futbol Federasiyanın rəhbəri Yesper Meller-Kristensen, İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandu Qomeş qurumun İcraiyyə Komitəsinə daxil olub. Qadın üzvlüyə namizəd kimi fransalı Arduen Florans seçilib.

UEFA Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsinin üzvü kimi Fransanın “Paris Sen-Jermen” klubunun prezidenti Nasir Əl-Xələfini təsdiqləyib. Bundan əlavə, ECA-nın başçısı və İtaliyanın “Yuventus” komandasının prezidenti Andrea Anyelli UEFA İcraiyyə Komitəsində təmsil olunacaq.

Macarıstanlı Şandor Çanyi isə FIFA-nın vitse-prezidenti seçilib. İngiltərəli Qreq Klark Britaniya Futbol Assosiasiyasının nümayəndəsi olaraq FIFA-nın vitse-prezidenti olub.

Almaniyalı Raynxard Qrindel FIFA-da UEFA nümayəndəsi kimi təmsil olunacaq.

Qeyd edək ki, fevralın 7-də Romada İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Aleksander Çeferin növbəti dəfə dörd il müddətinə UEFA-nın prezidenti seçilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: