Hakimləri təhqir edən futbolçu və məşqçilər cəzalanıb

A- A A+

AFFA İntizam Komitəsi müxtəlif liqalarda hakimləri təhqir edən futbolçu və məşqçilərin cəzalarını açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, Əvəzedicilər Liqasında çıxış edən "Zirə-2"nin üzvü Ramin Abdullayev "Kəpəz-2" ilə matçda ədalət təmsilçilərini təhqir etdiyi üçün 4 oyunluq cəza alıb, Bakı klubu 300 manat cərimələnib.

U-14 Liqasında "Metak"ın baş məşqçisi Zahid Tayıbov "Caspian"la görüşdə eyni hərəkətə yol verdiyindən 5 matçlıq cəzalanıb.

U-13 Liqasında "Zaqatala"nın baş məşqçisi Nəsib Əliyev "Kürmük"lə qarşılaşmada referiləri təhqir edib. Ona 5 oyunluq cəza verilib.

Eyni çempionatda "Şirvanovka"nın baş məşqçisi Habil Nurəhmədov UGİM (Siyəzən) komandası ilə dueldə, AFFA U-10 Liqasında "Ahmedoğlu"nun məşqçisi Bəxtiyar Salmanov isə "Muğan"la görüşdə hakimləri təhqir edib. Onların hər ikisinə 5 oyunluq cəza verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: