DÇ-2034-ün oyunları zamanı stadionlarda spirtli içki qəbul etmək qadağan olunacaq

A- A A+

2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatı zamanı azarkeşlərə stadionlarda spirli içki qəbul etmək qadağan olunacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

FIFA yerli qanunvericiliyə zidd olduğu üçün mundial oyunlarında pivə satışını turnirin Təşkilat Komitəsi ilə müzakirə etmək fikrində deyil.

Ali futbol qurumu 2022-ci ildə Qətərdə təşkil olunan dünya çempionatında yaranmış vəziyyətdən nəticə çıxarıb. Qurum həmin vaxt stadionlarda pivə satmaq hüququ əldə etsə də, sonradan Əl-Tani ailəsinin təzyiqi ilə icazə ləğv edilib.

Beləliklə, FIFA pivə istehsal edən şirkətə 40 milyon funt-sterlinq məbləğində təzminat ödəməli olub.

Qeyd edək ki, dekabrın 11-də DÇ-2034-ün Səudiyyə Ərəbistanında keçiriləcəyi təsdiqlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: