Culfada velosiped yarışı keçirilib - FOTOLAR

A- A A+

Culfa Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan MR Hava və Ekstremal İdman Növləri Federasiyasının rayon bölməsinin birgə təşkilatçılığı ilə velosiped idmanı üzrə rayon turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbər görə, “Naxçıvan Muxtar Respublikası-95” devizi altında keçirilən yarışda 45 yeniyetmə idmançı iştirak edib. Onlar Culfa Rayon Bayraq Meydanı istiqamətindən Culfa Rayon Gülüstan Tarix-Mədəniyyət Qoruğu istiqamətinədək hərəkət etməklə finişə birinci çatmaq üçün öz güclərini sınayıblar.

 Gərgin mübarizə şəraitində keçirilən yarışda Culfa şəhər 3 nömrəli tam orta məktəbinin şagirdi Elnur Əhmədov qalib olub. Gülüstan kənd tam orta məktəbinin şagirdi Zeynal Qasımov ikinci, Culfa şəhər 1 nömrəli tam orta məktəbinin şagirdi Sunay Vəlixanov isə üçüncü yerlə kifayətləniblər.

Qalib və fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib. Tədbirin sonunda idmançılar rayon ərazisində fəaliyyət göstərən Culfa Rayon Gülüstan Tarix Mədəniyyət Qoruğuna ziyarəti təşkil edilib. Burada idmançılara türbənin tarixi haqqında ətraflı məlumatlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: