Gömrükçülər arasında stolüstü tennis turniri keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, gömrükçülər arasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 27-ci ildönümünə həsr olunan stolüstü tennis üzrə turnir keçirilib. Yarışda komitənin sisteminə daxil olan gömrük orqanlarından 16 tennisçi qüvvəsini sınayıb.

Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnir olimpiya sistemi üzrə keçirilib. Püşkatmanın nəticələrinə uyğun olaraq baş tutan qarşılaşmalardan sonra hər iki yarımqrupdan 4 idmançı növbəti mərhələyə vəsiqəni təmin edib. İki gün davam edən turnir gərgin oyunlarla yadda qalıb.

Həlledici qarşılaşmada Gömrük Mühafizə Xidmətinin əməkdaşı  Bilal Nağıyev Sədərək Gömrük İdarəsinin təmsilçisi Roman Məmmədovla  qarşılaşıb. Setləri öz xeyrinə başa vuran Bilal Nağıyev çempionluğunu rəsmiləşdirib. Üçüncülük uğrunda mübarizənin qalibi isə Dövlət Gömrük Komitəsinin təmsilçisi Vəli Əliyev olub.

Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: