Şahmat birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 6-da Şahmat Mərkəzində start verilən Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş şahmat birinciliyi bu gün  yekunlaşıb. Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarışın bağlanış mərasimində çıxış edənlər muxtar respublikamızda şahmata göstərilən dövlət qayğısından danışıb və yer tutan şahmatçıları qələbə münasibəti ilə təbrik ediblər.

Naxçıvan şəhər tam orta məktəblərinin I-IV sinif şagirdləri arasında keçirilən birincilikdə 3 qız, 3 oğlan olmaqla 102 şahmatçı iştirak edib. Yarış 7 turdan ibarət olaraq “İsveçrə” sistemi ilə keçirilib.

Yarışın yekun nəticəsinə əsasən, qızlar arasında 17 №-li tam orta məktəbin şagirdi Səma Hüseynəliyeva I , 2 №-li tam orta məktəbin şagirdi Elnarə Quliyeva II, 17 №-li tam orta məktəbin şagirdi Aynur Naibova III yerə çıxıblar. 15 №-li tam orta məktəbin şagirdi Duyğu Məmmədova və 17 №-li tam orta məktəbin şagirdi Fatimə Rəhimliyə isə həvəsləndirici yerlər verilib.  

Oğlanlar arasında isə 10 №-li tam orta məktəbin şagirdi Murad İbrahimov I, 13 №-li tam orta məktəbin şagirdi Rəhim Abbasov II , 17 №-li tam orta məktəbin şagirdi Musa Allahverdiyev III yerə, 8 №-li tam orta məktəbin şagirdi Nəriman Paşayev və 6 №-li tam orta məktəbin şagirdi Turqut Cəfərov isə həvəsləndirici yerlərə layiq görülüblər.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: