"Çelsi" Konfrans Liqasında səfər matçına gedən azarkeşlərini mükafatlandırıb

A- A A+

İngiltərənin "Çelsi" klubu UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda səfərdə Qazaxıstan təmsilçisi "Astana"ya qarşı keçirdiyi oyuna gedən təxminən 500-ə yaxın azarkeşini mükafatlandırıb.

NUHÇIXAN "Record"a istinadən xəbər verir ki, klub tərəfindən fanatlara üzərində 'Over land & sea' (Quru və dəniz üzərində) yazısı, səyahətin başlanğıc və son nöqtələri ("Stemford Bric" və Almatı), həmçinin onlar arasındakı məsafənin (5608 km) həkk olunduğu xüsusi aksesuar verilib.

Bundan əlavə, təqribən 11 km məsafə qət etmiş azarkeşlərə baş məşqçi Entso Mareska, idman direktorları Pol Uinstanli və Lorens Styuartın imzaladığı təşəkkür məktubu çatdırılıb. Hədiyyələr birbaşa azarkeşlərin yaşadıqları evlərə göndərilib.

Qeyd edək ki, "Astana" - "Çelsi" görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: