Misli Premyer Liqasında ilin son turuna start verilir

A- A A+

Bu gün futbol üzrə Misli Premyer Liqasında ilin son turuna start veriləcək.

NUHÇIXAN xəbər verir ki, XVIII turun açılış matçında “Sumqayıt” “Kəpəz”in qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 16:00-da başlayacaq. Matçın baş hakimi Kamal Umudlu olacaq.

Hazırda “gənclik şəhəri” təmsilçisi turnir cədvəlində 19 xalla 6-cı, aktivində 10 xalı olan Gəncə klubu isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, XVIII turun digər oyunları dekabrın 21-22-də təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: