“Araz” klubu Yüksək Liqanın turnir cədvəlində birinci pilləyə yüksəlib

A- A A+

Futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib.

NUHÇIXAN xəbər verir ki, ilk oyun gözlənildiyi kimi son çempion “Araz”ın böyük hesablı qələbəsi ilə başa çatıb. Amma qış fasiləsində heyətini gücləndirən “Yasamal” İSK təcrübəli rəqibinə müəyyən məqamlarda müqavimət göstərməyi bacarıb. Naxçıvan təmsilçisinin üstünlüyü şəraitində keçən oyunda “Araz” 12:4 hesabı ilə qalib gəlib.

Turun mərkəzi oyununda isə qış fasiləsindən sonra ilk dəfə meydana çıxan EKOL və “Xəzər Cənub” üz-üzə gəliblər. Daha təhlükəli hücumlar quran “Xəzər Cənub”dan Səcəd Nəsihi əvvəlcə tiri nişan alsa da, 4-cü dəqiqədə toru silkələməyi bacarıb. Yeri gəlmişkən, Emin Kürdov zədəli olduğuna görə qapını İntiqam Babayev qoruyub. EKOL 17-ci dəqiqədə hesaba tarazlıq gətirdi. Əsgər Abasov rəqib qapısına yol tapıb. Komandalar fasiləyə bu hesabla yollanıblar. İkinci hissədə sükutu Amir Şocayi pozub. İranlı hücumçunun zərbəsi dəqiq olub və komandasını hesabda önə çıxarıb. Bu qol sanki oyunda dönüş nöqtəsi olub. Debütant daha 3 qol vurmaqla qələbəni təmin edib və EKOL-u liderlikdən endirib. Yeri gəlmişkən, qış fasiləsindən sonra turnir cədvəlinin ilk “3-lüy”ündə yer alan komandalarla qarşılaşan “Xəzər Cənub” iki qələbə qazanıb, “Araz”la isə xalları yarı bölüb.

Turun son oyunu “Neftçi”nin qələbəsi ilə yadda qalıb. Hacıbala Abdullazadənin yetirmələri “Liman” komandasını 11:2 hesabı ilə məğlub ediblər.

Hesabındakı xalların sayını 34 çatdıran “Araz” turnir cədvəlində birinci yerə yüksəlib. “Neftçi” 33 xalla ikinci, EKOL isə 32 xalla üçüncü pillədə yer alıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: