Dünya və ikiqat Avropa çempionu karyerasını başa vurub

A- A A+

İspaniya millisinin heyətində dünya və ikiqat Avropa çempionu olmuş Xesus Navas karyerasını başa vurub.

NUHÇIXAN xəbər verir ki, "Sevilya"nın 39 yaşlı müdafiəçisi üçün La Liqanın XVIII turunda "Real"la səfər matçı (2:4) sonuncu olub.

Təcrübəli futbolçu qarşılaşmanın 65-ci dəqiqəsində meydana daxil olub. O, daha əvvəl bud nahiyəsində ciddi problemlər yaşadığı üçün mövsümün ortasında karyerasını bitirmək məcburiyyətində qaldığını söyləmişdi.

Qeyd edək ki, müdafiəçi İspaniya millisində meydana çıxdığı 56 oyunda 5 qolla yadda qalıb. Karyerası ərzində "Sevilya" və "Mançester Siti"nin formasını geyinmiş X.Navas bu komandaların heyətində ümumilikdə 672 oyun keçirib, 33 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: