İspaniyanın "Barselona" klubunun və Niderland millisinin keçmiş futbolçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçisi olacaq.
NUHÇIXAN xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
48 yaşlı mütəxəssis "2+2 illik" müqavilə imzalayacaq və onun təqdimatı yanvarın 12-də baş tutacaq.
Qeyd edək ki, P.Kluyvertin son iş yeri Türkiyənin "Adana Dəmirspor" klubu olub. O, Adana təmsilçisini 2023/2024 mövsümündə çalışdırıb.