"Barselona"nın futbolçusunun zədəsi sağalıb

A- A A+

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamalın zədəsi sağalıb və İspaniya Superkubokunun yarımfinal mərhələsində "Atletik"lə (Bilbao) oyunda meydana çıxa bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında kataloniyalıların baş məşqçisi Hans-Diter Flik bildirib.

17 yaşlı futbolçu İspaniya La Liqasının XVII turunda "Leqanes"lə matçda zədələnmişdi.

Qeyd edək ki, L.Yamal bu mövsüm "Barselona"nın heyətində ümumilikdə 21 oyun keçirib və 6 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: