Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ildə ən çox qol vuran asiyalı oyunçuları açıqlayıb.
NUHÇIXAN IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Çinin “Şanxay Port” klubunda çıxış edən U Ley qərarlaşıb. 33 yaşlı vinger komandasında və millidə ümumilikdə 42 qola imza atıb.
Qətər təmsilçisi "Əl Sədd"dən Akram Afif (39 qol) ikincidir.
Ötən il Kambocanın "Kaya" və "Pnompen Kraun" komandalarında çıxış etmiş filippinli Yarvey Qayoso ilə Sinqapurun "Geylanq" klubundan yaponiyalı Tomoyuki Doi (hər ikisi 33 qol) 3-4-cü yerləri bölüşdürürlər.