Azərbaycan güləş hakimlərinin beynəlxalq dərəcəsi yüksəlib

A- A A+

Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

NUHÇIXAN xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləməsindən sonra Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib.

Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: