UEFA Avropa Liqası: “Fənərbağça” öz meydanında "Zenit"i məğlubiyyətə uğradıb

A- A A+

Fevralın 12-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk görüşü keçirilib.

NUHÇIXAN xəbər verir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilən görüşdə “Fənərbağça” Rusiyanın “Zenit” klubunu qəbul edib.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.

Matçın yeganə qoluna 21-ci dəqiqədə İslam Slimani imza atıb. Oyunun 44-cü dəqiqəsində Peterburq təmsilçisinin heyətində Mak penaltidən yararlana bilməyib.

Bu komandalar arasında cavab qarşılaşması fevralın 21-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: