Almaniya klubu "Atletiko"nun hücumçusunu birdəfəlik transfer edib

A- A A+

Almaniyanın "Leyptsiq" klubu İspaniya təmsilçisi "Atletiko"nun futbolçusu Artur Vermereni heyətinə qatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub ilk olaraq icarə əsasında heyətinə qatdığı 19 yaşlı hücumçunu birdəfəlik transfer edib. Onun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Artur Vermeren cari mövsüm "Leyptsiq"də 22 oyuna çıxıb və 1 qola imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: