Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində "Fənərbağça" klubunun idmançısı Vedia Nil Apak da vəfat edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
11 yaşlı üzgüçü ilə yanaşı, anası Ferda Apak da vəfat edib.
Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər həyatını itirib, 51 nəfər yaralanıb.